Türkiyənin "Beşiktaş" klubu hücum xəttini yeni oyunçu ilə gücləndirib.
Sportal.az xəbər verir ki, Super Liqa təmsilçisi "Fatih Karagümrük"dən Can Keleşi transfer edib. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
İstanbul təmsilçisi 22 yaşlı vingerlə 2028-ci ilin yayına kimi nəzərdə tutulan müqavilə imzalayıb. "Beşiktaş" türk oyunçu üçün onun klubuna 2,7 milyon avro təzminat ödəyib.
Qeyd edək ki, Avstriya U-21 millisinin üzvü olan Can Keleş ötən mövsüm "Fatih Karagümrük"ün heyətində meydana çıxdığı 39 rəsmi matçda 5 qol və 4 məhsuldar ötürmə ilə yadda qalıb.
saytlarin hazirlanmasi