İngiltərənin "Aston Villa" klubu heyətini yeni futbolçu ilə gücləndirib.
Sportal.az xəbər verir ki, Premyer Liqa təmsilçisi "Everton"dan Amadu Onananı transfer edib. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Birmingem klubu belçikalı yarımmüdafiəçi üçün onun klubuna 50 milyon funt-sterlinq təzminat ödəyib. "Aston Villa" 22 yaşlı orta xətt oyunçusu ilə 2029-cu ilin iyul ayına kimi nəzərdə tutulan müqavilə imzalayıb.
Qeyd edək ki, "Everton" Amadu Onananı 2022-ci ilin yayında "Lill"dən transfer etmişdi. Belçika millisinin üzvü ötən mövsüm komandasının heyətində meydana çıxdığı 37 rəsmi matçda 3 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb.
saytlarin hazirlanmasi