"Real"ın futbolçusu Arda Güler komandasını dəyişə bilər.
Sportal.az xəbər verir ki, "Bayer" türk yarımmüdafiəçini heyətinə qatmaq istəyir. Bu barədə "Diario Sport" nəşri məlumat yayıb.
Leverkuzen təmsilçisinin baş məşqçisi Xabi Alonso 19 yaşlı futbolçunun xidmətində maraqlıdır. Almaniya klubu gənc oyunçunu bir mövsümlük icarəyə götürmək üçün "Real"la danışıqlara başlayacaq.
Ardanı heyətinə qatmaq istəyən klublar arasında "Milan"da var.
Qeyd edək ki, "Real" Arda Güleri ötən ilin yayında "Fənərbaxça"dan transfer edib. Türkiyə millisinin üzvü "kral klubu"nun heyətində meydana çıxdığı 12 rəsmi matçda 6 qol vurub.
saytlarin hazirlanmasi