"San-Paulu"nun futbolçusu Xames Rodriqes yenidən Avropaya qayıda bilər.
Sportal.az xəbər verir ki, 33 yaşlı vinger Braziliya klubu ilə 2025-ci ilin yayına kimi nəzərdə tutulan müqaviləsinə qarşılıqlı razılıq əsasında xitam verəcək. Bu barədə insayder Fabritsio Romano məlumat yayıb.
"Portu" kolumbiyalı futbolçunu transfer etmək istəyir. Təcrübəli ön xətt oyunçusu yenidən Avropada oynamaq arzusundadır.
Qeyd edək ki, Xames Rodriqes karyerası ərzində "Portu", "Monako", "Real", "Bavariya", "Everton", "Olimpiakos" kimi klubların formasını geyinib.
saytlarin hazirlanmasi