"Atletiko"nun futbolçusu Stefan Saviç komandadan ayrılacaq.
Sportal.az xəbər verir ki, monteneqrolu müdafiəçi karyerasını Türkiyədə davam etdirəcək. Bu barədə insayder Fabritsio Romano məlumat yayıb.
33 yaşlı arxa xətt oyunçusu "Trabzonspor"la 3 illik müqavilə ilə bağlı razılıq əldə edib. Təcrübəli futbolçu yaxın günlərdə tibbi müayinədən keçdikdən sonra müqaviləyə qol çəkəcək.
"Atletiko" oyunçunun klubdan ayrılmasına icazə verəcək. Onunla müqaviləyə qarşılıqlı razılıq əsasında xitam veriləcək.
Qeyd edək ki, "Atletiko" Stefan Saviçi 2015-ci ilin yayında "Fiorentina"dan transfer edib. Monteneqro millisinin üzvü ötən mövsüm Madrid təmsilçisinin heyətində 33 rəsmi matçda meydana çıxıb.
saytlarin hazirlanmasi