"Milan" Almaniya millisinin üzvünü "Nyukasl"a satır

19:24 - 23 İyul 2024

"Milan"ın müdafiəçisi Malik Tyau karyerasını İngiltərə Premyer Liqasında davam etdirəcək.

Sportal.az xəbər verir ki, almaniyalı futbolçu "Nyukasl"a keçəcək. Bu barədə İngiltərə mətbuatı məlumat yayıb.

"Nyukasl" 22 yaşlı mərkəz müdafiəçisi üçün İtaliya klubuna 30+5 milyon avro təzminat ödəyəcək.

Qeyd edək ki, "Milan" Malik Tyaunu 2022-ci ilin avqust ayında "Şalke"dən transfer edib. Almaniya millisinin üzvü ötən mövsüm A Seriyası təmsilçisinin heyətində meydana çıxdığı 30 rəsmi matçda 1 qol ötürməsi ilə yadda qalıb. Onun klubla müqaviləsi 2027-ci ilin yayına kimi nəzərdə tutulur.

Xəbər xətti