"Jirona"nın futbolçusu Artyom Dobvik La Liqada klubunu dəyişəcək.
Sportal.az xəbər verir ki, ukraynalı hücumçu "Atletiko"ya keçməyə yaxındır. Bu barədə "Relevo" nəşri məlumat yayıb.
Madrid təmsilçisi 27 yaşlı forvard üçün onun klubuna 40 milyon avro təzminat ödəyəcək.
Qeyd edək ki, "Jirona" Artyom Dobviki ötən ilin yayında "Dnepr-1"dən transfer edib. Ukrayna millisinin üzvü İspaniya təmsilçisinin heyətində meydana çıxdığı 39 rəsmi matçda 24 qol və 10 məhsuldar ötürmə ilə yadda qalıb. O, La Liqanın bombardiri olub.
saytlarin hazirlanmasi