"Qalatasaray"ın futbolçusu Tete karyerasını Yunanıstanda davam etdirməyə yaxındır.
Sportal.az xəbər verir ki, "Panathinaikos" braziliyalı vingeri transfer etmək istəyir. Bu barədə yunan mediası məlumat yayıb.
"Ağ-yaşıllar" "Qalatasaray"a 3 milyon avro təklif edib. Türkiyə klubunun bu təklifi qəbul etdiyi bildirilir.
Qeyd edək ki, Tete 2023-cü ilin yayından "Qalatasaray"da çıxış edir. "Sambaçı" İstanbul təmsilçisinin heyətində meydana çıxdığı 45 rəsmi matçda 3 qol və 6 məhsuldar ötürmə ilə yadda qalıb.
saytlarin hazirlanmasi