İtaliyanın "Roma" klubu hücum xəttini yeni oyunçu ilə gücləndirib.
Sportal.az xəbər verir ki, A Seriyası təmsilçisi "Yuventus"dan Matias Suleni transfer edib. Bu barədə insayder Fabritsio Romano məlumat yayıb.
"Roma" argentinalı vinger üçün onun klubuna 26+4 milyon avro təzminat ödəyəcək. 21 yaşlı ön xətt oyunçusu paytaxt klubu ilə 5 illik müqavilə imzalayacaq.
Qeyd edək ki, "Yuventus" Matias Suleni 2020-ci ilin yanvar ayında "Veles Sarfild"dən transfer edib. Argentina U-23 millisinin üzvü ötən mövsüm icarə əsasında "Frozinone"də çıxış edib.
saytlarin hazirlanmasi