"Milan"ın futbolçusu Jan-Karlo Simiç karyerasını Belçikada davam etdirəcək.
Sportal.az xəbər verir ki, 19 yaşlı mərkəz müdafiəçisi "Anderlext"ə keçib. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
"Anderlext" gənc oyunçu üçün İtaliya klubuna 3 milyon avro təzminat ödəyib. Serbiyalı müdafiəçi Belçika təmsilçisi ilə 5 illik müqavilə imzalayıb.
Qeyd edək ki, "Milan" Jan-Karlo Simiçi 2022-ci ilin yayında "Stuttqart"ın akademiyasından transfer etmişdi.
saytlarin hazirlanmasi