"Qalatasaray"ın futbolçusu Kazımcan Karataş karyerasını Rusiyada davam etdirəcək.
Sportal.az xəbər verir ki, İstanbul təmsilçisi türk müdafiəçini "Orenburq"a icarəyə verib. Bu barədə Rusiya mətbuatı məlumat yayıb.
21 yaşlı futbolçu 2024/2025 mövsümünü Premyer Liqa təmsilçisinin heyətində keçirəcək.
Qeyd edək ki, sol cinah müdafiəçisi olan Kazımcan Karataş ötən mövsümün ikinci yarısında "Ankaragücü"də çıxış edib.
saytlarin hazirlanmasi