"Tottenhem"dən ayrılan Rayan Sessenyon İngiltərədə qalacaq.
Sportal.az xəbər verir ki, "Fulhem" 24 yaşlı hücumameyilli yarımmüdafiəçini heyətinə qatacaq. Bu barədə insayder Fabritsio Romano məlumat yayıb.
İngiltərəli oyunçu yaxın günlərdə London təmsilçisi ilə 1+1 illik müqavilə imzalayacaq.
Qeyd edək ki, "Tottenhem" Rayan Sessenyonu 2019-cu ilin yayında məhz "Fulhem"dən transfer etmişdi. İngiltərə U-21 millisinin sabiq üzvü ötən mövsüm Premyer Liqa təmsilçisinin heyətində 2 rəsmi matçda meydana çıxıb.
saytlarin hazirlanmasi