"Mançester Yunayted" yarımmüdafiə xəttini yeni oyunçu ilə gücləndirməyə hazırlaşır.
Sportal.az xəbər verir ki, Premyer Liqa nəhəngi "Sportinq"də çıxış edən Morten Yulmannı transfer etməyə yaxındır. Bu barədə İngiltərə mətbuatı məlumat yayıb.
"Qırmızı şeytanlar" danimarkalı dayaq yarımmüdafiəçisinin müqaviləsində yer alan 68 milyon funt-sterlinqlik sərbəstqalma məbləğini ödəməyə razı olub.
Qeyd edək ki, "Sportinq" Morten Yulmannı 2023-cü ilin yayında "Leççe"dən transfer edib. Danimarka millisinin üzvü Lissabon təmsilçisinin heyətində meydana çıxdığı 49 rəsmi matçda 4 qol və 4 məhsuldar ötürmə ilə yadda qalıb. Onun Portuqaliya klubu ilə 2028-ci ilin yayına kimi nəzərdə tutulan müqaviləsi var.
saytlarin hazirlanmasi