"Barselona"nın müdafiəçisi Klemen Lanqle karyerasını Türkiyə Super Liqasında davam etdirə bilər.
Sportal.az xəbər verir ki, "Beşiktaş" fransalı mərkəz müdafiəçisini heyətinə qatmaq istəyir. Bu barədə "Fanatik" nəşri məlumat yayıb.
İstanbul təmsilçisi 29 yaşlı futbolçunu onun illik 6 milyon avroluq maaşının yarısını ödəməklə icarəyə götürməyə çalışır. "Barselona" bu təklifə isti yanaşır.
Qeyd edək ki, Klemen Lanqle ötən mövsüm icarə əsasında "Aston Villa"da çıxış edib. Fransa milisinin sabiq üzvü Premyer Liqa təmsilçisinin heyətində meydana çıxdığı 25 rəsmi matçda 1 qol ötürməsi ilə yadda qalıb. Onun "Barselona" ilə müqaviləsi 2026-cı ilin yayına kimidir.
saytlarin hazirlanmasi