Mourinyo norveçli futbolçunu "Fənərbaxça"ya gətirmək istəyir

14:57 - 27 İyul 2024

Türkiyənin "Fənərbaxça" klubu yarımmüdafiə xəttini yeni oyunçu ilə gücləndirməyi planlaşdırır.

Sportal.az xəbər verir ki, İstanbul təmsilçisi "Börnli" forması geyinən Sander Bergeni transfer etmək istəyir. Bu barədə Türkiyə mətbuatı məlumat yayıb.

"Fənərbaxça" norveçli dayaq yarımmüdadfiəçisi üçün İngiltərə klubuna rəsmi təklif göndərib. Super Liqa nəhənginin baş məşqçisi Joze Mourinyo 26 yaşlı futbolçunun transferində israrlıdır.

Qeyd edək ki, Sander Berge ötən ilin yayından "Börnli"də çıxış edir. Norveç millisinin üzvü ötən mövsüm komandasının heyətində meydana çıxdığı 40 rəsmi matçda 2 qol və 2 məhsuldar ötürmə ilə yadda qalıb. Onun klubu ilə müqaviləsi 2027-ci ilin iyul ayına kimi nəzərdə tutulub.

Xəbər xətti