"Atalanta"nın yarımmüdafiəçisi Tyon Kopmeyners İtaliyada klubunu dəyişə bilər.
Sportal.az xəbər verir ki, "Yuventus" niderlandlı futbolçunu transfer etmək istəyir. Bu barədə "La Gazzetta dello Sport" nəşri məlumat yayıb.
Turin təmsilçisi 26 yaşlı oyunçu üçün onun klubuna 45 milyon avroluq rəsmi təklif göndərəcək.
Qeyd edək ki, Tyon Kopmeyners 2021-ci ilin yayında "AZ Alkmar"dan "Atalanta"ya keçib. Niderland millisinin üzvü bu mövsüm Berqamo təmsilçisinin heyətində meydana çıxdığı 43 rəsmi matçda 14 qol və 5 məhsuldar ötürmə ilə yadda qalıb. Onun klubla müqaviləsi 2027-ci ilin yayına kimidir.
saytlarin hazirlanmasi