"Fənərbaxça" mövsümlərarası fasilədə heyətinə qatdığı Levent Mercanla yollarını ayırmağa hazırlaşır.
Sportal.az xəbər verir ki, İstanbul təmsilçisinin baş məşqçisi Joze Mourinyo türk müdafiəçinin performansından məmnun deyil. Bu barədə Türkiyə mətbuatı məlumat yayıb.
Super Liqa nəhəngi 23 yaşlı sol cinah müdafiəçisini icarəyə verəcək. Futbolçuya özünə yeni klub tapmaqla bağlı göstəriş verilib.
Qeyd edək ki, "Fənərbaxça" Levent Mercanı 1 iyul tarixində "Fatih Karagümrük"dən transfer edib. Onunla 4 illik müqavilə imzalanıb.
saytlarin hazirlanmasi