"Barselona"dan ayrılan Markos Alonso yenidən İngiltərə Premyer Liqasına qayıda bilər.
Sportal.az xəbər verir ki, "Mançester Yunayted" hazırda azad agent statusunda olan ispan müdafiəçini heyətinə qatmaq istəyir. Bu barədə "Mirror" nəşri məlumat yayıb.
"Qırmızı şeytanlar" 33 yaşlı sol cinah müdafiəçisinə müqavilə təklif edib.
Qeyd edək ki, Markos Alonso 2016-2022-ci illərdə "Çelsi"də çıxış edib.
saytlarin hazirlanmasi