Münhenqladbax "Borussiya"sının yarımmüdafiəçisi Manu Kone karyerasını İtaliyada davam etdirə bilər.
Sportal.az xəbər verir ki, "Milan" fransalı futbolçunu transfer etmək istəyir. Bu barədə İtaliya mətbuatı məlumat yayıb.
A Seriyası təmsilçisi 23 yaşlı dayaq yarımmüdafiəçisi üçün onun klubu ilə danışıqlara başlayacaq.
Qeyd edək ki, "Borussiya" Manu Koneni 2021-ci ilin yayında "Tuluza"dan transfer edib. Fransa millisinin üzvü ötən mövsüm Bundesliqa təmsilçisinin heyətində meydana çıxdığı 25 rəsmi matçda 2 qol və 2 məhsuldar ötürmə ilə yadda qalıb.
saytlarin hazirlanmasi