“Real” “River Pleyt”in 16 yaşlı yarımmüdafiəçisi Franko Mastantuononu transfer etməyə yaxındır.
Sportal.az xəbər verir ki, “River Pleyt”in prezidenti və vitse-prezidenti futbolçunun transferi ilə bağlı danışıqlar prosesini başa çatdırmaq üçün İspaniyaya gedib.
Madrid təmsilçisi artıq Mastantuono ilə şəxsi müqavilənin şərtlərini razılaşdırıb.
Argentinalı oyunçu 2019-cu ildən "River Pleyt"in akademiyasındadır. O, bu ilin əvvəlindən əsas komandada çıxış edir.
saytlarin hazirlanmasi