"Barselona"nın futbolçusu Rafinya karyerasını Səudiyyə Ərəbistanında davam etdirə bilər.
Sportal.az xəbər verir ki, adı açıqlanmayan bir klub braziliyalı vingeri heyətinə qatmaq istəyir. Bu barədə "Mundo Deportivo" nəşri məlumat yayıb.
Ərəblər 27 yaşlı ön xətt oyunçusu üçün "Barselona"ya 65 milyon avroluq təklif göndərib. Maliyyə problemləri yaşayan Kataloniya təmsilçisi təklif onunan məbləği yüksəltməyə çalışır.
Qeyd edək ki, "Barselona" Rafinyanı 2022-ci ilin yayında "Lids Yunayted"dən transfer edib. Braziliya millisinin üzvü ötən mövsüm la Liqa nəhənginin heyətində meydana çıxdığı 37 rəsmi matçda 10 qol və 13 qol ötürməsi ilə yadda qalıb. Onun klubla müqaviləsi 2027-ci ilin yayına kimidir.
saytlarin hazirlanmasi