"Barselona" ilə müqaviləsi başa çatan Serji Roberto gələcəyi ilə bağlı qərar verib.
Sportal.az xəbər verir ki, ispan futbolçu Kataloniya təmsilçisi ilə yeni müqavilə imzalamayacaq. Bu barədə insayder Fabritsio Romano məlumat yayıb.
İyulun əvvəlində "Barselona" ilə sözləşməsi başa çatan 32 yaşlı dayaq yarımmüdafiəçisi azad agent statusu ilə klubu tərk edəcək.
"Ayaks" təcrübəli futbolçu ilə danışıqlara başlayıb. Orta xətt oyunçusu bütün variantları nəzərdən keçirdikdən sonra yekun qərarını verəcək.
Qeyd edək ki, Serji Roberto "Barselona"nın yetirməsidir. Onun karyerası yalnız bu klubla bağlıdır. İspaniya millisinin sabiq üzvü La Liqa təmsilçisinin əsas komandasının heyətində meydana çıxdığı 373 rəsmi matçda 19 qol və 43 məhsuldar ötürmə ilə yadda qalıb.
saytlarin hazirlanmasi