İtaliyanın "Roma" klubu müdafiə xəttini yeni oyunçu ilə gücləndirib.
Sportal.az xəbər verir ki, A Seriyası təmsilçisi "Yurqorden"dən Samuel Dahlı rənglərinə bağlayıb. Bu barədə paytaxt klubunun mətbuat xidməti məlumat yayıb.
"Roma" 21 yaşlı sol cinah müdafiəçisi üçün İsveç klubuna 4,3 milyon avro təzminat ödəyib. Gənc oyunçu ilə imzalanan müqaviılənin müddəti barədə məlumat verilməyib.
Qeyd edək ki, "Yurqorden" Samuel Dahlı ötən ilin yayında "Örebro"dan transfer etmişdi. İsveç millisinin üzvü komandanın heyətində meydana çıxdığı 37 rəsmi matçda 6 qol ötürməsi ilə yadda qalıb.
saytlarin hazirlanmasi