Türkiyə Super Liqasına vəsiqə qazanan "Eyüpspor" müdafiə xəttini yeni oyunçu ilə gücləndirib.
Sportal.az xəbər verir ki, İstanbul təmsilçisi "Beşiktaş"da çıxış edən Tayfur Bingölü heyətinə qatıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
31 yaşlı sağ cinah müdafiəçisi 2024/2025 mövsümünü "Eyüpspor"da keçirəcək.
Qeyd edək ki, "Beşiktaş" Tayfur Bingölü 2022-ci ilin yayında "Alanyaspor"dan transfer edib. Türk futbolçu ötən mövsüm "qara qartallar"ın heyətində meydana çıxdığı 17 rəsmi matçda 1 qol və 2 məhsuldar ötürmə ilə yadda qalıb.
saytlarin hazirlanmasi