Türkiyənin "Trabzonspor" klubu hücum xəttini yeni oyunçu ilə gücləndirməyə yaxındır.
Sportal.az xəbər verir ki, Super Liqa təmsilçisi "Börnli"yə məxsus olan Vaut Veqorstun keçidini yekunlaşdırmaq üzrədir. Bu barədə yerli mətbuat məlumat yayıb.
"Trabzonspor" 31 yaşlı hücumçu ilə şəxsi müqavilənin şərtlərini razılaşdırıb. Klublar arasında anlaşma qısa zamanda əldə olunacaq.
Qeyd edək ki, Vaut Veqorst ötən mövsüm icarə əsasında "Hoffenhaym"da çıxış edib. Niderland millisinin üzvü Bundesliqa təmsilçisinin heyətində meydana çıxdığı 30 rəsmi matçda 7 qol və 4 məhsuldar ötürmə ilə yadda qalıb.
saytlarin hazirlanmasi