"Borussiya"nın hücumçusu Niklas Fülkruq karyerasını İngiltərə Premyer Liqasında davam etdirə bilər.
Sportal.az xəbər verir ki, "Vest Hem" alman futbolçunu transfer etmək istəyir. Bu barədə "Sky Sports" televiziyası məlumat yayıb.
London klubu 31 yaşlı forvard üçün "Borusssiya"ya bonuslarla birlikdə 25 milyon avro təklif edib. Dortmund təmsilçisi isə Almaniya millisinin üzvü üçün 30 milyon avro tələb edir.Klublar arasında danışıqlar davam edir.
Qeyd edək ki, "Borussiya" Niklas Fülkruqu 2023-cü ilin yayında "Verder"dən transfer edib. Təcrübəli hücumçu komandanın heyətində meydana çıxdığı 43 rəsmi matçda 15 qol və 10 məhsuldar ötürmə ilə yadda qalıb.
saytlarin hazirlanmasi