İngiltərənin "Fulhem" klubu heyətini yeni futbolçu ilə gücləndirib.
Sportal.az xəbər verir ki, Premyer Liqa təmsilçisi "Arsenal"dan Emil Smit Rounu transfer edib. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
"Fulhem" ingilis yarımmüdafiəçi üçün onun klubuna bonuslarla birlikdə 40 milyon avro təzminat ödəyəcək. 24 yaşlı orta xətt oyunçusu ilə 2029-cu ilin yayına kimi nəzərdə tutulan müqavilə imzalanıb.
Qeyd edək ki, Emil Smit Rou "Arsenal"ın yetirməsidir. O, əsas komandanın heyətində meydana çıxdığı 115 rəsmi matçda 18 qol və 13 məhsuldar ötürmə ilə yadda qalıb. Futbolçu 3 dəfə İngiltərə millisinin formasını geyinib.
saytlarin hazirlanmasi