Braziliya millisinin üzvü "Mançester Siti"ni "Borussiya"ya dəyişdi

17:59 - 3 Avqust 2024

"Mançester Siti"nin müdafiəçisi Yan Kouto karyerasını Almaniya Bundesliqasında davam etdirəcək.

Sportal.az xəbər verir ki, braziliyalı futbolçu "Borussiya"ya keçib. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

22 yaşlı sağ cinah müdafiəçisi 2024/2025 mövsümünü icarə əsasında Dortmund təmsilçisində keçirəcək.

Qeyd edək ki, Yan Kouto ötən mövsüm "Jirona"nın formasını geyinib. Braziliya millisinin üzvünün "Mançester Siti" ilə müqaviləsi 2026-cı ilin yayına kimi nəzərdə tutulub.

Xəbər xətti