Türkiyənin "Qalatasaray" klubu yarımmüdafiə xəttini yeni oyunçu ilə gücləndirib.
Sportal.az xəbər verir ki, İstanbul təmsilçisi "Norviç Siti"dən Qabriel Saranı transfer edib. Bu barədə yerli mətbuat məlumat yayıb.
"Sarı-qırmızılar" braziliyalı futbolçu üçün onun klubuna 18 milyon avro və əlavə bonuslar ödəyəcək. 25 yaşlı dayaq yarımmüdafiəçisi 5 illik müqaviləyə qol çəkəcək və onun illik maaşı 2,7 milyon avro təşkil edəcək.
Qeyd edək ki, "Norviç Siti" Qabriel Saranı 2022-ci ilin yayında "San Paulo"dan transfer edib. "Sambaçı" ötən mövsüm İngiltərə təmsilçisinin heyətində meydana çıxdığı 53 rəsmi matçda 14 qol və 13 məhsuldar ötürmə ilə yadda qalıb.
saytlarin hazirlanmasi