"Əl-Nəssr"in futbolçusu Aymerik Laport karyerasını İspaniya La Liqasında davam etdirə bilər.
Sportal.az xəbər verir ki, "Real" ispan müdafiəçini transfer etmək istəyir. Bu barədə AS nəşri məlumat yayıb.
"Kral klubu" 30 yaşlı mərkəz müdafiəçisi üçün onun klubu ilə danışıqlara başlayacaq. Futbolçu özü "Real"da oynamaq istəyir.
Qeyd edək ki, "Əl-Nəssr" Aymerik Laportu ötən ilin yayında "Mançester Siti"dən transfer edib. İspaniya millisinin üzvü Səudiyyə Ərəbistanı təmsilçisinin heyətində meydana çıxdığı 39 rəsmi matçda 4 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb.
saytlarin hazirlanmasi