"Qalatasaray" klub tarixinin ən bahalı transferini etdi - RƏSMİ

13:42 - 5 Avqust 2024

Türkiyənin "Qalatasaray" klubu növbəti transferini rəsmiləşdirib.

Sportal.az xəbər verir ki, İstanbul təmsilçisi "Norviç Siti"dən Qabriel Saranı rənglərinə bağlayıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Sara "Qalatasaray" tarixinin ən bahalı transferi olub. "Sarı-qırmızılar" braziliyalı dayaq yarımmüdafiəçisi üçün İngiltərə klubuna 18 milyon avro və 2 milyon avro bonus ödəyəcək.

25 yaşlı futbolçu Super Liqa nəhəngi ilə 2029-cu ilin yayına kimi nəzərdə tutulan müqavilə imzalayıb. Onun illik maaşı 2 750 000 avro təşkil edəcək. "Sambaçı" yeni komandasında 20 nömrəli forma ilə çıxış edəcək.

Xəbər xətti