"Trabzonspor"dan ayrıldı, La Liqa klubu ilə müqavilə imzaladı

15:56 - 5 Avqust 2024

"Trabzonspor"dan ayrılan Nikolya Pepenin yeni klubu bəlli olub.

Sportal.az xəbər verir ki, afrikalı vinger karyerasını İspaniya La Liqasında davam etdirəcək.

29 yaşlı futbolçu "Vilyarreal"a keçib. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Fil Dişi Sahili milli komandasının üzvü yeni klubu ilə 2026-cı ilin yayına kimi nəzərdə tutulan müqavilə imzalayıb.

Qeyd edək ki, Nikolya Pepe 2023/2024 mövsümünü "Trabzonspor"da keçirib. Təcrübəli ön xətt oyunçusu Super Liqa təmsilçisinin heyətində meydana çıxdığı 23 rəsmi matçda 6 qol və 3 məhsuldar ötürmə ilə yadda qalıb.

Xəbər xətti