PSJ 40 milyon avroya müdafiəçi transfer edir

16:54 - 5 Avqust 2024

"Ayntraxt"ın müdafiəçisi Vilyam paço karyerasını Fransa çempionatında davam etdirməyə yaxındır.

Sportal.az xəbər verir ki, PSJ ekvadorlu müdafiəçinin keçidini yekunlaşdırmaq üzrədir. Bu barədə insayder Fabritsio Romano məlumat yayıb.

Klublar arasında 22 yaşlı mərkəz müdafiəçisinin transferi ilə bağlı şifahi razılıq əldə olunub. Almaniya klubu PSJ-nin 40 milyon avro və bonuslarla birlikdə təklifini qəbul edib. Paris təmsilçisi futbolçu ilə də şəxsi müqavilənin şərtlərini razılaşdırıb.

Qeyd edək ki, "Ayntraxt" Vilyam Paçonu ötən ilin yayında "Antverpen"dən transfer edib. Ekvador millisinin üzvü Frankfurt təmsilçisinin heyətində meydana çıxdığı 44 rəsmi matçda 2 qol ötürməsi ilə yadda qalıb. Onun klubla müqaviləsi 2028-ci ilin yayına kimi nəzərdə tutulub.

Xəbər xətti