Fransanın PSJ klubu yarımmüdafiə xəttini yeni oyunçu ilə gücləndirib.
Sportal.az xəbər verir ki, Paris təmsilçisi "Benfika"dan Joao Neveşi rənglərinə bağlayıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
PSJ 19 yaşlı dayaq yarımmüdafiəçisi üçün Lissabon klubuna 60+10 milyon avro təzminat ödəyəcək. Gənc oyunçu yeni klubu ilə 2029-cu ilin iyun ayına kimi nəzərdə müqavilə imzalanıb.
Qeyd edək ki, Joao Neveş "Benfika"nın yetirməsidir. Portuqaliya millisinin üzvü ötən mövsüm Lissabon təmsilçisinin heyətində meydana çıxdığı 55 rəsmi matçda 3 qol və 2 məhsuldar ötürmə ilə yadda qalıb.
saytlarin hazirlanmasi