"Kristal Pelas"ın futbolçusu Mark Qei Premyer Liqada klubunu dəyişə bilər.
Sportal.az xəbər verir ki, "Nyukasl" ingiltərəli mərkəz müdafiəçisini heyətinə qatmağa yaxındır. Bu barədə "Telegraph" nəşri məlumat yayıb.
"Sağsağanlar"ın 24 yaşlı müdafiəçinin keçidini 60 milyon avroya tamamlamaq üzrə olduğu bildirilir.
Qeyd edək ki, "Kristal Pelas" Mark Qeini 2021-ci ilin yayında "Çelsi"dən transfer edib. İngiltərə millisinin üzvü ötən mövsüm London təmsilçisinin heyətində meydana çıxdığı 29 rəsmi matçda 1 qol ötürməsi ilə yadda qalıb. Onun klubla müqaviləsi 2026-cı ilin yayına kimidir.
saytlarin hazirlanmasi