"Mançester Yunayted"in futbolçusu Ceydon Sanço karyerasını Fransada davam etdirə bilər.
Sportal.az xəbər verir ki, PSJ ingiltərəli vingeri transfer etmək istəyir. Bu barədə "Sky Sporta" televiziyası məlumat yayıb.
Paris klubu 24 yaşlı ön xətt oyunçusunun keçidi ilə bağlı Premyer Liqa nəhəngi ilə ilkin danışıqlara başlayıb. Futbolçu özü PSJ-də oynamağa isti yanaşır.
Qeyd edək ki, Ceydon Sanço son mövsümün ikinci yarısını icarə əsasında "Borussiya"da keçirib. İngiltərə millisinin sabiq üzvü Dortmund təmsilçisinin heyətində meydana çıxdığı 21 rəsmi matçda 3 qol və 3 məhsuldar ötürmə ilə yadda qalıb. Onun "Mançester Yunayted"lə müqaviləsi 2026-cı ilin yayına kimi nəzərdə tutulub.
saytlarin hazirlanmasi