PSJ Portuqaliya millisinin üzvünü icarəyə verdi

19:20 - 6 Avqust 2024

PSJ-nin yarımmüdafiəçisi Renato Sançes karyerasını ölkəsində davam etdirəcək.

Sportal.az xəbər verir ki, portuqaliyalı futbolçu "Benfika"ya icarəyə verilib. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

26 yaşlı dayaq yarımmüdafiəçisi 2024/2025 mövsümünü Lissabon təmsilçisinin heyətində keçirəcək.

Qeyd edək ki, Renato Sançes ötən mövsüm icarə əsasında "Roma"da çıxış edib. Portuqaliya millisinin üzvü A Seriyası təmsilçisinin heyətində meydana çıxdığı 12 rəsmi matçda 1 qol ötürməsi ilə yadda qalıb.

Xəbər xətti