"Qalatasaray"ın futbolçusu Kerem Aktürkoğlu karyerasını Rusiya Premyer Liqasında davam etdirə bilər.
Sportal.az xəbər verir ki, "Spartak" türk vingeri transfer etmək istəyir. Bu barədə Türkiyə mətbuatı məlumat yayıb.
"Qalatasaray"la Moskva təmsilçisi arasında keçidlə bağlı razılıq əldə olunub. Futbolçu Rusiyaya getmək istəsə, transfer rəsmiləşəcək.
Qeyd edək ki, Kerem Aktürkoğlu 2020-ci ilin sentyabr ayından "Qalatasaray"da çıxış edir.
saytlarin hazirlanmasi