"Liverpul" yarımmüdafiə xəttini yeni oyunçu ilə gücləndirməyə yaxındır.
Sportal.az xəbər verir ki, Mersisayd təmsilçisi "Real Sosyedad"da çıxış edən Martin Zubimendinın transferini yekunlaşdırmaq üzrədir. Bu barədə İngiltərə mətbuatı məlumat yayıb.
"Liverpul" 25 yaşlı dayaq yarımmüdafiəçisi üçün İspaniya klubuna onun müqaviləsində yer alan 60 milyon avroluq sərbəstqalma məbləğini ödəməyə razı olub.
Qeyd edək ki, Martin Zubimendi "Real Sosyedad"ın yetirməsidir. İspaniya millisinin üzvü ötən mövsüm San Sebastian təmsilçisinin heyətində meydana çıxdığı 45 rəsmi matçda 4 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb.
saytlarin hazirlanmasi