"Qarabağ"ın rəqibinin futbolçusu Türkiyə klubuna keçdi - RƏSMİ

19:56 - 8 Avqust 2024

Çempionlar Liqasının III təsnifat mərhələsində "Qarabağ"ın rəqibi olan "Ludoqorets"də ayrılıq gerçəkləşib.

Sportal.az xəbər verir ki, Razqrad təmsilçisi müdafiəçi Noah Sonko Sundberqi "Sivasspor"a icarəyə verib. Bu barədə Türkiyə klubunun mətbuat xidməti məlumat yayıb.

28 yaşlı mərkəz müdafiəçisi 2024/2025 mövsümünü "Sivasspor"un heyətində keçirəcək.

Qeyd edək ki, "Qarabağ"la "Ludoqorets" arasında Bakıda keçirilən ilk oyun Bolqarıstan təmsilçisinin 2:1 hesablı qələbəsi ilə başa çatıb. Komandalar arasında cavab görüşü 13 avqust tarixində baş tutacaq.

Xəbər xətti