İngiltərənin "Mançester Yunayted" klubu müdafiə xəttini yeni oyunçu ilə gücləndirməyi planlaşdırır.
Sportal.az xəbər verir ki, Premyer Liqa nəhəngi "Atletiko"dan ayrılan Mario Hermosonu heyətinə qatmaq istəyir. Bu barədə İspaniya mətbuatı məlumat yayıb.
Azad agent statusunda olan 29 yaşlı mərkəz müdafiəçisi "Mançester Yunayted"dən illik 6 milyon avro maaş və 3 illik müqavilə tələb edib. "Qırmızı şeytanlar" ispan futbolçu ilə danışıqları davam etdirir.
Qeyd edək ki, Mario Hermoso 2019-2024-cü illərdə "Atletiko"da çıxış edib. İspaniya millisinin üzvü ötən mövsüm Madrid təmsilçisinin heyətində meydana çıxdığı 45 rəsmi matçda 2 qol və 2 məhsuldar ötürmə ilə yadda qalıb.
saytlarin hazirlanmasi