İspaniyanın "Barselona" klubu hücum xəttini yeni oyunçu ilə gücləndirib.
Sportal.az xəbər verir ki, Kataloniya təmsilçisi "Leypziq"dən Dani Olmonu rənglərinə bağlayıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
İspan hücumameyilli yarımmüdafiəçi ilə 6 illik müqavilə imzalanıb. "Barselona" 26 yaşlı oyunçu üçün Almaniya klubuna 55+7 milyon avro təzminat ödəyəcək.
Qeyd edək ki, Dani Olmo "Barselona"nın yetirməsidir. İspaniya millisi ilə son Avropa çempionatının qalibi olmuş futbolçu 2020-2024-cü illər arasından "Leypziq"də çıxış edib. O, Bundesliqa təmsilçisinin heyətində bütün turnirlərdə meydana çıxdığı 148 rəsmi matçda 29 qol və 34 məhsuldar ötürmə ilə yadda qalıb.
saytlarin hazirlanmasi