"Vulverhempton"un futbolçusu Pedru Netu Premyer Liqada klubunu dəyişib.
Sportal.az xəbər verir ki, "Çelsi" portuqaliyalı vingerin transferini yekunlaşdırıb. Bu barədə insayder Fabritsio Romano məlumat yayıb.
London təmsilçisi 24 yaşlı ön xətt oyunçusu üçün onun klubuna 70 milyon avro təzminat ödəyəcək.
Qeyd edək ki, "Vulverhempton" Pedru Netunu 2019-cu ilin avqust ayında "Latsio"dan transfer edib. Portuqaliya millisinin üzvü ötən mövsüm Premyer Liqa təmsilçisinin heyətində meydana çıxdığı 24 rəsmi matçda 3 qol və 11 məhsuldar ötürmə ilə yadda qalıb.
saytlarin hazirlanmasi