"Barselona" müdafiənin sol cinahını yeni oyunçu ilə gücləndirməyi planlaşdırır.
Sportal.az xəbər verir ki, Kataloniya təmsilçisi "Tottenhem"ə məxsus olan Serxio Reqilonu transfer etmək istəyir. Bu barədə "Sky Sports" televiziyası məlumat yayıb.
"Barselona"nın nümayəndələri ispan futbolçunun meneceri ilə danışıqlara başlayıb. İngiltərə klubu 1 illik müqaviləsi qalan ispan arxa xətt oyunçusu satmağa hazırdır.
Qeyd edək ki, "Tottenhem" Serxio Reqilonu 2020-ci ilin sentyabr ayında "Real"dan transfer edib. 27 yaşlı sol cinah müdafiəçisi ötən mövsümün ikinci yarısını icarə əsasında "Brentford"da keçirib. Təcrübəli arxa xətt oyunçusu Premyer Liqa təmsilçisinin heyətində meydana çıxdığı 16 rəsmi matçda 4 qol ötürməsi ilə yadda qalıb.
saytlarin hazirlanmasi