"Tottenhem"dən 75 milyon avroluq transfer - RƏSMİ

16:48 - 10 Avqust 2024

İngiltərənin "Tottenhem" klubu hücum xəttini yeni oyunçu ilə gücləndirib.

Sportal.az xəbər verir ki, London klubu "Bornmut"dan Dominik Lolankeni transfer edib. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

"Tottenhem" ingiltərəli hücumçu üçün onun klubuna 75 milyon avro təzminat ödəyib. 26 yaşlı forvard paytaxt təmsilçisi ilə 2030-cu ilin yayına kimi nəzərdə tutulan müqavilə imzalayıb.

Qeyd edək ki, "Bornmut" Dominik Solankeni 2019-cu ilin yanvar ayından "Liverpul"dan transfer etmişdi. İngiltərə millisinin üzvü ötən mövsüm Premyer Liqa təmsilçisinin heyətində meydana çıxdığı 42 rəsmi matçda 21 qol və 4 məhsuldar ötürmə ilə yadda qalıb.

Xəbər xətti