Türkiyənin "Beşiktaş" klubu futbolçusu Amir Hadziahmetoviçi icarəyə verib.
Sportal.az xəbər verir ki, İstanbul təmsilçisi bosniyalı yarımmüdafiəçini "Rizespor"a göndərib. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
27 yaşlı dayaq yarımmüdafiəçisi 2024/2025 mövsümünü icarə əsasında "Rizespor"un heyətində keçirəcək.
Qeyd edək ki, "Beşiktaş" Amir Hadziahmetoviçi 2023-cü ilin fevral ayında "Konyaspor"dan transfer edib. Bosniya və Herseqovina millisinin üzvü ötən mövsüm "qara qartallar"ın heyətində meydana çıxdığı 30 rəsmi matçda 6 qol ötürməsi ilə yadda qalıb.
saytlarin hazirlanmasi