Fransa millisinin üzvü Premyer Liqa klubuna keçdi

18:39 - 11 Avqust 2024

İngiltərənin "Vest Hem" klubu müdafiə xəttini yeni oyunçu ilə gücləndirib.

Sportal.az xəbər verir ki, Premyer Liqa təmsilçisi "Nitsa"dan Jan-Kler Todibonu icarəyə götürüb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

24 yaşlı mərkəz müdafiəçisi 2024/2025 mövsümünü icarə əsasında "Vest Hem"də keçirəcək. Londonlular 40 milyon avro ödəməklə futbolçunu birdəfəlik transfer etmək hüququna malikdir.

Qeyd edək ki, "Nitsa" Jan-Kler Todibonu 2021-ci ilin yayında "Barselona"dan transfer edib. Fransa millisinin üzvü ötən mövsüm Liqa 1 təmsilçisinin heyətində meydana çıxdığı 33 rəsmi matçda 3 qol ötürməsi ilə yadda qalıb.

Xəbər xətti