Almaniyanın "Borussiya" klubu hücum xəttini yeni oyunçu ilə gücləndirib.
Sportal.az xəbər verir ki, Dortmund təmsilçisi "Hoffenhaym"dan Maksimilian Beyeri transfer edib. Bu barədə yerli mətbuat məlumat yayıb.
"Borussiya" alman forvard üçün onun klubuna 30 milyon avro təzminat ödəyəcək. 21 yaşlı futbolçu ilə 5 illik müqavilə imzalanacaq.
Qeyd edək ki, Almaniya millisinin üzvü olan Maksimilian Beyer ötən mövsüm "Hoffenhaym"ın heyətində meydana çıxdığı 35 rəsmi matçda 16 qol və 3 məhsuldar ötürmə ilə yadda qalıb.
saytlarin hazirlanmasi