"Mançester Yunayted"in müdafiəçisi Aaron Van-Bissaka İngiltərə Premyer Liqasında klubunu dəyişib.
Sportal.az xəbər verir ki, "Vest Hem" ingiltərəli futbolçunu rənglərinə bağlayıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
"Vest Hem" Van-Bissaka üçün "qırmızı şeytanlar"a 15 milyon funt-sterlinq təzminat ödəyib. 26 yaşlı arxa xətt oyunçusu London klubu ilə 2031-ci ilin yayına kimi nəzərdə tutulan müqavilə imzalayıb.
Qeyd edək ki, "Mançester Yunayted" Aaron Van-Bissakanı 2019-cu ilin iyul ayında "Kristal Pelas"dan transfer etmişdi. İngiltərə millisinin sabiq üzvü ötən mövsüm Premyer Liqa təmsilçisinin heyətində 30 rəsmi matçda 3 qol ötürməsi ilə yadda qalıb.
saytlarin hazirlanmasi