Almaniyanın "Leypziq" klubu hücum xəttini yeni oyunçu ilə gücləndirib.
Sportal.az xəbər verir ki, Bundesliqa təmsilçisi "Brügge"dən Antonio Nusanı transfer edib. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
"Leypziq" norveçli vinger üçün Belçika klubuna 21 milyon avro təzminat ödəyib. 19 yaşlı ön xətt oyunçusu yeni klubu ilə 2029-cu ilin yayına kimi nəzərdə tutulan müqavilə imzalayıb.
Qeyd edək ki, "Brügge" Antonio Nusanı 2021-ci ildə "Stabek"dən transfer etmişdi. Norveç millisinin üzvü bu mövsüm Belçika təmsilçisinin heyətində meydana çıxdığı 3 rəsmi matçda 1 qol ötürməsi ilə yadda qalıb.
saytlarin hazirlanmasi